Ağdam rayon Heydər Əliyev Mərkəzində "Milli Müstəqillik Günü" ilə bağlı şagirdlərlə dəyirmi masa təşkil edildi

Ağdam rayon Heydər Əliyev Mərkəzində "Milli Müstəqillik Günü" ilə bağlı şagirdlərlə dəyirmi masa təşkil edildi

16 oktyabr 2019-cu il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam rayon Heydər Əliyev Mərkəzində Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan Resbubilkasının Müstəqiliyinin 28-ci il dönümü münasibəti ilə tədbir keçirildi.

Tədbirdə Heydər Əliyev Mərkəzinin fond mühafizi Elçin Cəfərov açaraq müstəqillik haqqında tədbir iştirakçılarına məlumat verdi.

Daha sonra Mərkəzin əməkdaşı Həsənova Gülnar çıxış edərək, şagirdlərə müstəqillik haqqında geniş məlumat verdi. Tədbirdə şagirdlər tərəfindən müstəqillik haqqında şeirlər söylənildi.