01 Dekabr 2021-ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində Ağdam rayon Gənclər və İdman İdarəsi tərəfindən, Türkiyədə təşkil olunmuş Alpaqut döyüş sənəti üzrə Avrasiya çempionatında yüksək nəticə əldə etmiş idmançılarla görüş keçirildi

01 Dekabr 2021-ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində Ağdam rayon Gənclər və İdman İdarəsi tərəfindən, Türkiyədə təşkil olunmuş Alpaqut döyüş sənəti üzrə Avrasiya çempionatında yüksək nəticə əldə etmiş idmançılarla görüş keçirildi.

Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Ağdam rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Xəqani Nəzərov, Alpaqut Turan Döyüş Sənəti üzrə Qarabağ Regional Nümayəndəliyinin sədri Kənan Quliyev, Ağdam rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, Ağdam Olimpia-İdman Kompleksinin müdiri Bəhruz Kazımov və Ağdam rayon ümumtəhsil məktəblərinin direktorları çıxış edərək, idmançılarımıza daha da böyük uğurlar və nailiyyətlər arzu etdilər. Bu gün Azərbaycan gənci ölkənin vətəndaşı olmaqla yanaşı, həm də onun xaricdə və daxildə layiqli təmsilçisidir. Bir gəncin uğuru müstəqil Azərbaycan dövlətinin uğuru, bir gəncin güclənməsi müstəqil Azərbaycanın güclənməsi deməkdir.