Ağdam rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illərdəki siyasi fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir

Ağdam rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illərdəki siyasi fəaliyyətinə  həsr olunmuş film nümayiş etdirilmişdir

30 Noyabr 2021- ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illərdəki siyasi fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi, bu yolda sağlamlıqlarını itirən qazilərimizə şəfa arzulandı. Sonra Mərkəzin əməkdaşı Elçin Cəfərov çıxış edərək, tədbirin iştirakçılarına Ümummilli liderin misilsiz xidmətləri haqqında məlumat verdi. O bildirdi ki, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Ulu Öndər vaxtilə söyləmişdi: "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".

Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.

Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir.