25 Noyabr 2021-ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə "Mən Qarabağam!" layihəsi həyata keçirilmişdir

25 Noyabr 2021-ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə "Mən Qarabağam!" layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində Ağdam rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Elçin Cəfərov və Ağdam rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüsü Fərhad Zeynalov Ağdam rayonun tarixi, mədəniyyəti və tarixi abidələri, o cümlədən Ağdam rayonunun tarixi şəxsiyyətləri haqqında videoçarx hazırlayaraq, gənclərə nümayiş etdiriblər. Elçin Cəfərov və Fərhad Zeynalov tərəfindən, gənclərə erməni işğalı dövründə abidələrimizin vəhşicəsinə məhv edilməsi, heç bir bərpa üslubuna uyğun olmayan şəkildə qanunsuz olaraq təmir edilməsi və Azərbaycan tarixinə aid olan abidələrin erməniləşdirilməyə çalışılması haqqında məlumat verilib.