24 noyabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində, Ulu Öndər Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə həsr olunuş "Dəmir yumruq" sənədli filmi nümayiş etdirilmişdir




24 noyabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində, Ulu Öndər Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham  Əliyevə həsr olunuş "Dəmir yumruq" sənədli filmi nümayiş etdirilmişdir

24 noyabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində, Ulu Öndər Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə həsr olunuş "Dəmir yumruq" sənədli filmi nümayiş etdirilmişdir. Əvvəlcə, 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Mərkəzin əməkdaşı Elçin Cəfərov çıxış edərək bildirmişdir ki, Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra, daxili çəkişmələr və işğalçı erməni ordusu ilə müharibə bizi müstəqilliyimizdən məhrum olma təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz, belə bir şəraitdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi tələb etməyə başladı. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra, Azərbaycan dövlət müstəqilliyini qoruyub-saxlaya bildi və cəbhədə bir sıra uğurlar əldə etdi. 1994-cü ildə bağlanan atəşkəs müqaviləsi ilə, Azərbaycan gücünü toplamaq və ordusunu yenidən qurmaq şansı qazandı. Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövründə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuzun gücləndirilməsi prosesi davam etdirilmiş və 27 sentyabr 2020-ci ildə başlayan "Vətən müharibəsi" nəticəsində, ordumuz 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad etmişdir.