14 oktyabr 2021-ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər planına uyğun olaraq, Mərkəzin əməkdaşları tərəfindən Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması istiqamətində Ağdam rayon Təhsil Şöbəsinin tabeçiliyində fəaliyyət göstərən Qasımbəyli qəsəbə tam orta məktəbində açıq dərs təşkil edildi

14 oktyabr 2021-ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər planına uyğun olaraq, Mərkəzin əməkdaşları tərəfindən Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması istiqamətində Ağdam rayon Təhsil Şöbəsinin tabeçiliyində fəaliyyət göstərən Qasımbəyli qəsəbə tam orta məktəbində açıq dərs təşkil edildi. Açıq dərs zamanı Ağdam rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Elçin Cəfərov, 44 gün davam edən Vətən müharibəsinin uğurlu nəticələrini, Azərbaycan Respublikasının Prezidenti Cənab Ali Baş Komandanın rəhbərliyi altında və Şanlı Azərbaycan Ordusunun sərgilədiyi mükəmməl döyüş bacarığını “Tarixi zəfər və Böyük Qayıdış” başlığı altında, pedaqoji ustalıqla VIII sinif şagirdlərinin diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycanın Müzəffər Ordusu qısa zamanda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, 150-dən artıq kənd və qəsəbəni, onlarla strateji yüksəkliyi düşmən tapdağından azad etdi. Heç şübhəsiz, əldə edilən bu möhtəşəm qələbənin əsas rəhbəri Ali Baş Komandan, qələbəni qazanan isə müzəffər Ordumuz idi. Müharibənin davam etdiyi günlərdə Cənab Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdəlik, diplomatik cəbhədə böyük strateqlik nümunəsi sərgilədi, bütün təzyiqlərə cəsarətlə sinə gəldi, mərdlik və qətiyyətlilik nümunəsi göstərdi. İstifadə edilən düzgün və həlledici hərbi taktika düşmənin belini qırdı. Dərs zamanı məktəblilərdə milli vətənpərvərlik hissinin aşılanması ön planda olmuş, düşmənə nifrət, vətənə məhəbbət təbliğ olunmuşdur.