13 mart 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdam rayonu Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhmədlə zoom proqramı vasitəsilə onlayn görüş keçirilib

13 mart 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdam rayonu Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhmədlə zoom proqramı vasitəsilə onlayn görüş keçirilib

13 mart 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdam rayonu Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhmədlə zoom proqramı vasitəsilə onlayn görüş keçirilib. Görüşü giriş sözü ilə Ağdam rayon Mədəniyyət Mərkəzinin direktoru Zaur Həsənov açaraq hörmətli qonağı tədbir iştirakçılarına təqdim edib. Azərbaycan ədəbiyyatında Vüqar Əhməd yaradıcılığının rolu və əhəmiyyəti haqqında danışıb. Sonra sözü Ağdam rayon Zəngişalı kənd Mədəniyyət Evinin direktoru Fikrət Əliyevə verib. Fikrət müəllim Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Bundan sonra çıxış edən Fikrət müəllim bildirib ki, “çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Vüqar Əhmədlə görüş Ağdam rayonunun mədəniyyət işçiləri üçün gözəl hədiyyə oldu. Vüqar Əhməd elmi, şeiri, musiqini bir arada birləşdirməyi bacaran görkəmli şəxsiyyətdir. Üç istiqamətdə fəaliyyət göstərərək, böyük uğurlar qazanmaq hər adamın işi deyil. Çox xoşdur ki, dəyərli şairimiz, ədəbiyyatşünas Vüqar Əhməd bizim müasirimizdir və bizimlə canlı ünsiyyətdədir. Biz ona daha böyük yaradıcılıq uğurları arzulayırıq.Yeni görüşlər arzusu ilə!” Çıxışdan sonra Fikrət müəllim şair, ədəbiyyatşünas Vüqar Əhmədə sual ünvanlayıb. Xalqımızın yeni qəhrəmanlıq səhifəsinin ədəbiyyatımızda işıqlandırılması ilə bağlı verilən bu suala şair çox dolğun cavab verib.

Millixəbər.az xəbər verir ki, tədbirin aparıcısı Zaur Həsənov sözü şair Vəliyəddin Adil Ağdamlıya verib. Adil müəllim görkəmli qonağı salamlayaraq,onun elmi, bədii yaradıcılığının əhəmiyyətindən, dünya miqyasında xalqımızı layiqincə tanıtmasından söz açıb. Şairə ünvanladığı sualını Azərbaycan ədəbiyyatının gələcək inkişafını davam etdirən kadrların hazırlanması ilə bağlayıb. Çıxış üçün söz alan filologiya elmləri üzrə fəlsəfə doktoru, AMEA- nın Nizami Gəncəvi adına Ədəbiyyat institutunun aparıcı elmi işçisi Fəridə Hicran bu görüşdən qürur duyduğunu vurğulayıb. Şair İlqar Boranoğlu şair, professor Vüqar Əhmədlə görüşün çox maraqlı olduğunu, ona yaradıcılığında daim uğurlar arzuladığını bildirib. Sualı isə ondan ibarət olub ki, Vüqar Əhməd gənc yazarlara və oxuculara hansı məsləhətləri verərdi? Görüşün iştirakçılarından növbəti söz alan Ağcabədi Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Hacı Nizami olub.O da öz növbəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi müasirimiz Vüqar Əhmədə yaradıcılıq uğurları arzulayıb, görüşdən məmnun qaldığını bildirib.

Tədbirdə şair, ədəbiyyatşünas Vüqar Əhməd sualları cavablandırdıqdan sonra şeirlərindən seçmələr təqdim edib və görüş iştirakçilarina özünün zəngin yaradıcılığından, elm sahəsində əldə etdiyi nailiyyətlərindən danışıb.Vətən müharibəsi bitdikdən, Qarabağımız azad olunduqdan sonra məhz Qarabağ bölgəsində mədəniyyət işçiləri ilə belə görüşdən razı qaldığını bildirib. Görüşün sonunda Zaur Həsənov vaxt ayırıb Ağcabədi və Ağdam mədəniyyət işçiləri ilə görüşdüyünə görə şair, ədəbiyyatşünas Vüqar Əhmədə xüsusi təşəkkürünü bildirib.