Mərkəzin binası

Mərkəzin binası

Ağdam rayonunun Quzanlı qəsəbəsi Zərifə Əliyeva küçəsində yerləşən, Heydər Əliyev Mərkəzi 2016-cı ildə istifadəyə verilmişdir.

Ağdam rayon Heydər Əliyev Mərkəzi iki mərtəbədən ibarətdir.

Mərkəzin birinci mərtəbəsini Ulu Öndərin və Cənab Prezident İlham Əliyevin Ağdam rayonuna gəlişi zamanı və Dünya ölkələrinin Liderləri ilə çəkilmiş fotoşəkillər təşkil edir. Bununla yanaşı Kompüter kursu, Rəqs dərnəyi, Elektron kitabxana, İnternet klub, Xalçaçılıq studiyası, İnzibati otaq, Gənclər kafesi, Mətbəx və Direktor otağı yerləşir.

İkinci mərtəbəsidə isə Akt zalı, Konfrans zalı, İnzibati otaq, 3D kino zalı ,Nigah otağı, Qarderob otağı və Rəssamlıq otağı yerləşir.

Mərkəzin ümumi sahəsi 2 850 kv.m-dir.