Yaxın mədəniyyət müəssisələri

YAXIN MƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİ

Abşeron rayon Mədəniyyət Mərkəzi

Abşeron rayon Mədəniyyət Mərkəzi 1984-cü ildə ümumi sahəsi 4510 kvm olan Abşeron rayon mədəniyyət evi (2012-ci ilin 27 dekabr tarixindən Mədəniyyət Mərkəzi adlandırılmış) inşa edilmişdir. Mərkəzin 400 və 170 tamaşaçı yerlik zalı, 40 iş otağı, 300 kvm foyesi, 51 kvm qarderobçu, 5 sanitar qovşağı vardır. Abşeron rayon Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Abşeron rayon İcra Hakimiyyətinin verdiyi əmr, sərəncam və fərmanlara müvafiq olaraq illik iş planı üzrə mədəni-kütləvi tədbirlər həyata keçirir. Mərkəz mədəni irsin qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətində işlər görür. Mərkəzin folklor, diyarşünaslıq və sənətkarliq sahələri üzrə profilləşmiş 9 klub filialı vardır. (Qobu qəsəbə sənətkarliq evi, Mehdiabad qəsəbə diyarşünaslıq evi, Ceyranbatan qəsəbə folklor evi, Novxanı kənd sənətkarlıq klubu, Məmmədli kənd diyarşünaslıq klubu, Farmayı kənd diyarşünaslıq klubu, Hökməli qəsəbə diyarşünaslıq klubu, Görədil kənd folklor klubu, Pirəkəşkül kənd sənətkarlıq klubu) Mədəniyyət Mərkəzində Musiqili Komediya Xalq teatrı, "Çeşmə" folklor ansamblı, "Xəzri" xalq çalğı alətləri ansamblı, "Abşeron" aşıqlar qrupu, "Abşeron" meyxana qrupu, "Odlar yurdu" ritm qrupu, "Günəş" uşaq teatrı, "Qaravəlli" folklor teatrı, "Abşeron" xınayaxdı qrupu, "Abşeron" rəqs kollektivi, "Buta" xalq tətbiqi və təsviri sənət həvəskar birliyi, "Mənim dünyam" təsviri və dekoretiv sənət" ictimai birliyi və digər kurs və dərnəklər fəaliyyət göstərir. Xalq teatrı və bədii özfəaliyyət kollektivlərinin üzvləri, xalq tətbiqi və təsviri, dekorativ sənət ustaları tarixi və əlamətdar günlərdə, bayram tədbirlərində, respublika festivallarında iştirak edirlər.

Abşeron rayon Tarix-diyarşünaslıq muzeyi

Abşeron rayon Tarix-diyarşünaslıq muzeyi 1983-cü ildə yaradılıb. Abşeron rayon Tarix-diyarşünaslıq muzeyi Heydər Əliyev prospekti 267 ünvanında yerləşir. Sahəsi 300kvm-dir. Muzey 4 zal, 1 fond otağı və iççilər üçün 1 otaqdan ibarətdir. Ekspozisiya sahəsi 250kvm Müdir otağı 1 kvm Fond otağı 10kvm İşçilər üçün otaq 25kvm-dir. Hal-hazırda muzey fondunda 2125 eksponat mühafizə olunur. İl ərzində muzeyin ekspozisiyasında 1025 eksponat nümayiş etdirilir. 2018-ci il ərzində muzeyə gələnlərin sayı 1932 nəfər olmuşdur. Muzeyə gələnlərin qeydiyyati aparılır.

Abşeron rayon Mərkəzləşmiş Kitabxana Sistemi

Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əsası 1952-ci ildə Xırdalan qəsəbəsindəki uşaq bağçasının yerləşdiyi binada qoyulub. Sonradan bir neçə binaya köçürülən kitabxana 1975-ci ildə Xırdalan şəhəri, 27-ci məhəllə, 4 a saylı binaya yerləşdirilib və bu günədək həmin binada fəaliyyət göstərir. Kitabxana 1977-ci ildən rayonun qəsəbə və kəndlərindəki kitabxanalarla birlikdə Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi olub. İndiki Xızı rayonunun qəsəbə və kənd kitabxanaları da vaxtilə Abşeron rayon MKS-nin filialları olub və 1992-ci ildə Xızı rayonu ayrılandan sonra Abşeron rayon MKS-nin 18 filialı fəaliyyət göstərib. 2004-cü ildə şəxsi evlərdə yerləşdiyinə görə Masazır, Aşağı Güzdək və Qobustan kənd kitabxana filialları bağlanıb. 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin, müstəqil kitabxanalarının, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri”nin təsdiq edilməsi haqqında 11 oktyabr 2011-ci il 162 saylı qərarına, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 3213/19 saylı məktubuna və Abşeron rayon İcra Hakimiyyəti başçısının 172 saylı 10.02.2012-ci il tarixli sərəncamına əsasən Abşeron rayon MKS-nin 14 saylı Xırdalan şəhər, 16 saylı İH kitabxanası Mərkəzi Kitabxanaya, 11 saylı (2 saylı sovxoz) kitabxana filialı 5 saylı Mehdiabad qəsəbə kitabxana flialına, 13 saylı Tuğ-zavod kitabxana filialı isə 2 saylı Ceyranbatan qəsəbə kitabxana filialına birləşdirilib, 6 saylı Güzdək qəsəbə Kitabxana filialı da bağlanıb. Hazırda Abşeron MKS-də Mərkəzi Kitabxana və 9 kitabxana filialı var.

1. 1 saylı Qobu qəsəbə kitabxana filialı

2. 2 saylı Ceyranbatan qəsəbə kitabxana filialı

3. 3 saylı Saray qəsəbə kitabxana filialı

4. 5 saylı Mehdiabad qəsəbə kitabxana filialı

5. 7 saylı Hökməli qəsəbə kitabxana filialı

6. 8 saylı Novxanı kənd kitabxana filialı

7. 9 saylı Fatmayi kənd kitabxana filialı

8. 11 saylı Pirəkəşkül kənd filialı

9. 12 saylı Görədil kənd kitabxana filialı

Kitabxana fondunun ümumi həcmi (cəmi) 257 min 872 nüsxə, kitabxananın oxucularının (istifadəçilərinin) ümumi sayı: 16 min 979 nəfər təşkil etmişdir. Oxucu gəlişi 123 min 405 nəfər, kitab verilişi 364 min 122, rayon Mərkəzi Kitabxanası və onun filiallarının iş rejimi - 6 gündür.