Muzey
M U Z E Y
Mərkəzin sahəsi 1450kvm olan I mərtəbəsində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey fəaliyyət göstərir. Muzey Ulu öndərin fəaliyyətinin müxtəlif dövrlərinə aid 9 ədəd stend, 2 ədəd interaktiv lövhə, 8 ədəd interaktiv köşk və 1 ədəd böyük manitordan ibarətdir. Bu stend və interaktiv köşklərdə Ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik, Dövlət Təhlükəsizlik orqanlarındakı fəaliyyəti, Azərbaycanda birinci rəhbərlik dövrü, Moskvadakı fəaliyyəti və Azərbaycana Prezident seçildikdən sonra yenidən ikinci dəfə rəhbərlik etdiyi dövrləri əhatə edən fotoşəkillər, sənədlər, Ulu Öndərin Büstü və Heydər Əliyevin şəkli üzərində toxunmuş xalça nümayiş etdirilir.
I STEND: Heydər Əliyevin uşaqlıq və gənclik dövrü
Naxçıvan şəhərində, Puşkin Küçəsi
Heydər Əliyev -1938
Əliyevlər ailəsi -1930
Heydər Əliyev -1938
Heydər Əliyev dayısı oğlu R.Quliyevlə -1939
Heydər Əlyev Azərbaycan Sənaye İnstitutunun tələbəsi -1940
fotoşəkilləri sərgilənir.
II STEND: Heydər Əliyevin Təhlükəsizlik Orqanlarında fəaliyyət dövrü
Naxçıvan MSSR Nazirlər Sovetinin məsul əməkdaşı -1942
Haxçıvan MSSR Xalq Komissarları Sovetinin şöbə müdiri -1942
Leytenant Heydər Əliyev - Naxçıvan - 1944
Heydər Əliyev Naxçıvan -1945
DTX-nin Ali məktəbində - Leninqrad - 1950
Heydər Əliyev həmkarları ilə cənub bölgəsində - 1956
Polkovnik Heydər Əliyev -Bakı - 1966
General Heydər Əliyev - Bakı- 1968
fotoşəkilləri və Heydər Əliyevin Naxçıvan Pedaqogi məktəbinin I və II siniflərində oxuyarkən aldığı tərifnamələr, Naxçıvan Pedaqogi məktəbini bitirərkən aldığı attestat, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin diplomu və s. sənədlər sərgilənir.
III STEND: Heydər Əliyevin respublikada 1-ci hakimiyyət dövrü
Respublikada çıxarılmış 1 000 000 000 ton neftin hasilatına həsr olunmuş mərasim. Opera-Balet teatrı - 1971
Biləcəri Dəmiryol qovşağında əməkdaşlarla görüş - 1974
Üzümçülük sovxozun, Naxçıvan - 1974
Bakı məişət kondisionerləri zavodu - 1975
Pambıq sahəsində, Sabirabad - 1977
Bərdədə - 1980
fotoşəkilləri sərgilənir.
IV STEND: Heydər Əliyevin Moskvada fəaliyyət dövrü
Heydər Əliyev iş otağında, Kreml - 1983
Heydər Əliyev 1 may nümayişində, Moskva - 1983
Heydər Əliyevin Hanoyda qarşılanması - 1983
SSRİ Ali Sovetinin sessiyasında çıxışı, 1983
Fransanın nəqliyyat naziri Fittermanı qəbul edərkən, 1984
Volqoqrad şəhərində - 1987
fotoşəkilləri sərgilənir.
V STEND: Heydər Əliyevin Naxçıvanda fəaliyyət dövrü
Heydər Əliyev atasının məzarı önündə - 1990
Naxçıvanda seçkiqabağı görüşlərdə - 1990
Naxçıvan MR Ali Məclisinin ilk sessiyasinda - 1990
Heydər Əliyev Naxçıvanda - 1991, iyun
Heydər Əliyev Naxçıvanda - 1991, avqust
Heydər Əliyev "Ümid körpüsü"nün açılışına gələn Süleyman Dəmirəli qarşılayarkən, Naxçıvan - 1992
fotoşəkilləri və Kommunist qəzeti: - Az. KP. MK - plenumu haqqında məlumat və s. sənədlər sərgilənir.
VI STEND: Heydər Əliyevin Azərbaycan Respublikasına Prezident seçildikdən sonra ikinci hakimiyyət dövrü
Heydər Əliyevin andiçmə mərasimi - 1993
Bakı ilə London arasında birbaşa Peyk telefon rabitəsi xəttinin açılışında - 1994
"Əsrin müqaviləsi" neft kontraktının bağlanması münasibətilə keçirilən mərasimdə - 1994, 20 sentyabr
"İstiqlal" qazma qurğusunun işə salınması münasibətilə təntənəli mərasimdə - 1998
Bakı İstilik Elektrik mərkəzində yeni qaz turbin qurğusunun təməlqoyma mərasimində 1999
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoymq mərasimi - 2002
fotoşəkilləri sərgilənir.
VII STEND: Heydər Əliyevin Abşerona ilk səfəri
Maştağa südçülük-tərəvəzçilik sovxozunun kollektivi ilə görüşərkən - 02.04.1981
Şüvəlan gülçülük sovxozunun oranjereyasında - 02.04.1981
Abşeron üzümçülük sovxozunun tarla düşərgəsində 02.04.1981
Heydər Əliyevin Abşerona səfərinin yekunlarına dair müşavirədə çıxışı - 03.04.1981
Xırdalan 1 saylı orta məktəbdə qarşılanarkən - 03.04.1981
Abşeron rayon KP-nin I katibi Tamara Hümbətovaya Sosialist Əməyi Qəhrəmanı medalı təqdim edərkən - 1982
fotoşəkilləri və Amur şəhərində Ust-Kut Komsomolsk dəmiryol nəqliyatının ilk fəxri sərnişini biletinin nüsxəsi, Baykal-Amur dəmiryol magistralının açılışı münasibətilə təşkil olunacaq hərb mitinqə dəvətnamənin və s. sənədlər sərgilənir.
VIII STEND: Heydər Əliyevin ailə albomu
Əliyevlər ailəsi - 1963
Əliyevlər ailəsi - 1966
Heydər Əliyev ailə üzvləri ilə, Moskva - 25.02.1976
Zərifə Əliyeva İlham Əliyevin andiçmə mərasimində
Heydər Əliyev, Zərifə Əliyeva, İlham Əliyev, Lənkəranda - 01.07.1982
İlham Əliyev SSRİ Hərbi Dəniz Donanması gününə həsr olunmuş tədbirdə - 1983
Əliyevlər ailəsi - 1983
Əliyevlər ailəsi
fotoşəkilləri və Ümummilli lider Heydər Əliyevin "Caspian Fish Co" şirkətinin açılışında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 sentyabr 2006-ci ildə Abşeron rayon Heydər Əliyev muzeyinin və 03 oktyabr 2014-cü ildə Abşeron rayon Heydər Əliyev Mərkəzinin açılışında istifadə etdiyi lent və qayçılar sərgilənir.
IX STEND: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif zamanlarda Abşerona səfəri
Heydər Əliyev parkının açılışı - 12.09.2006
Abşeron RİH-nin inzibati binasının açılışı mərasimi - 24.12.2009
Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin açılışı -03.10.2014
Ceyranbatan qəsəbəsi Ultrasürtgəcli Sutəmizləciyi Qurğular Kompleksinin açılışı - 28.10.2015
Abşeron Olimpiya İdman kompleksinin açılışı - 16.11.2017
Masazır kənd 5 saylı tam orta məktəbin açılışı - 16.11.2017
fotoşəkillər sərgilənir.