Rəhbərlik və əməkdaşlar

Rəhbərlik və əməkdaşlar

Abşeron rayon Heydər Əliyev Mərkəzinin rəhbər və əməkdaşları haqqında məlumat

  1. Direktor : Həsənova Tükəzban Nürəddin qızı
  2. Baş fond mühafizi : Abdullayeva Şəlalə Famil qızı
  3. Elmi işçi : İbrahimova Nabat Rövşən qızı
  4. Bələdçi : Ramazanova Samirə Nizami qızı
  5. Təsərrüfat müdiri : Qasımov Xəyal Qabil oğlu
  6. Mərkəz baxıcısı : Yarməmmədova Nəzakət Fikrət qızı
  7. Kargüzar : Qurbanova Aidə Elman qızı
  8. Dalandar : Əsmədov Əlisahib Adış oğlu
  9. Qarderobçu : Qocayeva Nüşabə Famil qızı
  10. Gözətçi : Rəsulov Eldar Əjdər oğlu
  11. Xadimə : Xəlilova Rübabə Balası qızı
  12. Xadimə : Nəsibova Əfsanə Əli qızı
  13. Xadimə : Ağayeva Aytən Rasim qızı
  14. İstilik sistemi üzrə mühəndis : Məsimov Mahmud Zirəddin oğlu

Həsənova Tükəzban Nurəddin qızı - Mərkəzin direktoru: 23 sentyabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı şəhər Binəqədi rayon 267 saylı orta məktəbin I sinfinə getmiş, 2001-ci ilə isə Nəsimi rayon 240 saylı orta məktəbin XI sinfini bitirmişdir.Həmin ildə də Bakı Dövlət Universitetinin Tarix Fakültəsinə daxil olmuş, 2005-ci ildə isə Universiteti bitirmişdir. 2006-cı ilin iyul ayından Abşeron rayon Heydər Əliyev muzeyində iş fəaliyyətinə başlamış, 01 yanvar 2007-ci il tarixdən isə Abşeron rayon Heydər Əliyev muzeyinin direktoru vəzifəsinə təyin edilmiş, hal-haziradək həmin vəzifədə çalışır. Evlidir, iki övladı var.

Abdullayeva Şəlalə Famil qızı - Mərkəzin baş fond mühafizi: 17 yanvar 1974-cü ildə Zəngilan şəhərində anadan olmuşdur. 1981-ci ildə Zəngilan şəhər 2 saylı orta məktəbin I sinfinə getmiş, 1991-ci ildə Zəngilan şəhər 3 saylı orta məktəbin XI sinfini bitirmişdir. 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət və İncəsənət müəssisələri üzrə menecer fakültəsinə daxil olmuş, 1999-cu ildə həmin universiteti bitirmişdir. 2000-ci ildən Abşeron rayon Mədəniyyət şöbəsində tarixi abidələr üzrə mühafizəçi, 2010-cu ildən hal-hazıradək Abşeron rayon Heydər Əliyev Mərkəzində baş fond mühafizi vəzifəsində işləyir. Evlidir.

İbrahimova Nabat Rövşən qızı - Mərkəzin elmi işçisi: 11 avqust 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Bakı şəhər 115 saylı orta məktəbin I sinfinə getmiş, 2010-cu ildə həmin məktəbin XI sinfini bitirmişdir. Həmin ildə də Qərb Universitetinin Regionşünaslıq fakültəsinə daxil olmuşdur. 2015-ci ildən hal-hazıradək Mərkəzdə elmi işçi işləyir. Evlidir, iki övladı var.

Ramazanova Samirə Nizami qızı - Mərkəzin bələdçisi: 23 iyul 1983-cü ildə Abşeron rayon, Xırdalan şəhərində anadan olmuşdur. 1990-cı ildə Xırdalan şəhər 4 saylı orta məktəbin I sinfinə getmiş, 2000-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq fakültəsinə daxil olmuş, 2006-cı ildə həmin universiteti biritmişdir. 2006-cı ildən Abşeron rayon Tarix-diyarşünaslıq muzeyində bələdçi, 2007-ci ildən Abşeron rayon Heydər Əliyev Muzeyində elmi işçi, 2016-dən hal-hazıradək Abşeron rayon Heydər Əliyev Mərkəzində bələdçi işləyir. Evlidir, iki övladı var.

Qasımov Xəyal Oabil oğlu - Mərkəzin təsərrufat müdiri: 02 aprel 1988-ci ildə Lənkəran rayonunun Gərmətürk qəsəbəsində anadan olmuşdur. 1994-cü ildə Lənkəran şəhərində orta məktəbin I sinfinə getmiş, 2005-ci ildə Bakı şəhəri Nəsimi rayonu 240 saylı orta məktəbin XI sinfini biritmişdir. 2018-ci ilin oktyabr ayından hal-hazıradək Abşeron rayon Heydər Əliyev Mərkəzində təsərrüfat müdiri işləyir. Evlidir, iki övladı var.

Məsimov Mahmud Zirəddin oğlu - Mərkəzin istilik sistemi üzrə mühəndisi: 26 may 1973-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1981-ci ildə həmin qəsəbənin səkkizillik məktəbinin I sinfinə getmiş, 1988-ci ildən təhsilini tam orta məktəbdə davam etdirərək 1990-cı ildə tam orta məktəbi bitirmişdir. Həmin il də Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Körpülər və nəqliyyat tunelləri mühəndisi fakültəsinə daxil olmuş, 1995-ci ildə həmin universiteti bitirmişdir. 2010-cu ildən Abşeron rayon Heydər Əliyev Mərkəzində gözətçi, 2018-ci ildən isə istilik sistemi üzrə mühəndis işləyir. Evlidir, iki övladı var.