Kitabxana

KİTABXANA

Mərkəzdə 2016-cı ildən rayon MKS-in iki şöbəsi - İnformasiya-resurs və Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbələri fəaliyyət göstərir. Elektron kitabxanada RİH tərəfindən 222 ədəd bədii, 194 ədədi xarici, 328 ədədi isə siyasi ədəbiyyat olmaqla cəmi 416 ədəd kitab hədiyyə verilmişdir. Oxucular kitabxanada istər internet vasitəsilə virtual kitabxanalardan, istərsə də kompyuterlərə yüklənmiş kitablardan istifadə edə bilirlər. Ümumiyyətlə bu kitabxanada kompyuterlərə virtual kitabxanalardan 5000-ə yaxin kitab yüklənmişdir ki, oxucular da bu kitablardan kompyuter vasitəsilə lokal şəkildə istifadə edə bilərlər. Konfras zal rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi avadanlıqlarla təchiz olunmuşdur.