Heydər Əliyev və Abşeron

Heydər Əliyev və Abşeron

HEYDƏR ƏLİYEV VƏ ABŞERON

Abşeron rayonu əsasən kənd təsərrüfatı məhsullarının istehsalını gücləndirmək və ətraf bölgələri təmin etmək məqsədi ilə yaradılıb. Abşeron bir müstəqil kənd təsərrüfatı rayonu kimi yarandığı illər ərzində zəngin inkişaf yolu keçmişdir.

Ötən əsrin 70-80-ci illərində Abşeron rayonunun şöhrəti Azərbaycanının hüdudlarını da aşmışdı. Bunu rayonun o vaxt ki rəhbərinin, Rayon Partiya Komitəsinin birinci katibi Tamara Əhməd qızı Hümbətovanın Lenin ordeni ilə təltif olunmaqla Sosialist Əməyi Qəhrəmanının qızıl ulduzuna layiq görülməsi bir daha sübut edir. Zeytun istehsalında yüksək göstəriciyə nail olmuş təcrübəli bağban Şirinbacı Rəcəbəli qızı "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdu.

Abşeron rayonunun dinamik inkişafının daha da sürətlənməsinə Azərbaycan Respublikasının o zamankı rəhbəri Heydər Əliyevin böyük qayğısının mühüm əhəmiyyəti olmuşdur. Abşeron rayonunun Bakı şəhərinin tabeçiliyinə keçirilməsi və rayon mərkəzinin Xırdalan qəsəbəsindən Maştağa qəsəbəsinə köçürülməsi haqqında Azərbaycan KP MK-nin və Azərbaycan SSR Nazirlər Sovetinin 21 yanvar 1970-ci il tarixli, 20 nömrəli qərarının icrasını dondurmaqla bu rayonun hərtərəfli inkişafına xüsusi qayğı göstərən Heydər Əliyevin müdrik uzaqgörənliyi ildən-ilə rayonun dinamik inkişafı ilə təsdiq olunurdu. 1975-1980-ci illərdə rayonda əldə olunmuş nailiyyətlərlə bilavasitə təsərrüfatlarda tanış olmaq üçün respublikanın müdrik rəhbəri Heydər Əliyevin 1981-ci ilin əvvəllərində-aprelin 2-də Abşeron rayonunun və abşeronluların tabeliyində mühüm hadisə kimi tarixə düşmüş unudulmaz səfəri əvvəlcə rayonu şöhrətləndirmiş əmək kollektivləri ilə təsərrüfatlarda tanışlıqdan başlandı. Həmin gün Heydər Əliyev Şüvəlan gülçülük sovxozunda, Maştağa südçülük-tərəvəzçilik sovxozunun süd-əmtəə fermasını, tərəvəz sahələrini gəzib fəhlə və qulluqçularla səmimi söhbətdən sonra Ramana südçülük kompleksində yüksək məhsuldar cinsdən ibarət naxırın bəsləndiyi, bütün işlərin mexanikləşdirildiyi fermada oldu. Daha sonra respublika rəhbəri illik süfrə üzümü istehsalını 8 min tona çatdırmış Abşeron üzümçülük sovxozunda (Mehdiabad qəsəbəsi) üzüm bağlarının mərkəzindəki ikimərtəbəli "Üzümçü evi"nin qarşısında toplaşmış mehdiabadlılar tərəfindən coşqu ilə qarşılandı.

1981-ci il aprelin 3-də isə Abşeron məktəbliləri Heydər Əliyevi Xırdalan şəhər 1 saylı orta məktəbin qarşısındakı geniş meydanda qarşıladılar. Məktəbin akt zalında (rayon mərkəzində geniş müşavirə keçirmək üçün başqa münasib yer yox idi.) Heydər Əliyevin sədrliyi ilə keçiriləcək iclasa toplaşan rayon fəalları respublikanın böyük sevinclə qarşıladılar. Ulu öndər iki saata yaxın davam edən nitqində abşeronluların fədakarlıq nümunəsi göstərərək rayonu nəinki Azərbaycanda, eləcə də bütövlükdə SSRİ məkanında qabaqcıl regiona çevirdiklərini razılıq hissi ilə qeyd etdi. Heydər Əliyevin Abşerona səfərindən dərhal sonra rayon mərkəzində möhtəşəm bir mədəniyyət sarayının tikintisinə başlandı. Qobu və Hökməli qəsəbələrində, Novxanı kəndində orta məktəb binaları tikildi.

1993-cü ildə Azərbaycanda xaos, hərc-mərclik, vərəndaş müharibəsi təhlükəsi yarandığı bir dövrdə xalqın haqlı təkidi və tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı.

2001-ci il fevral ayının 21-də Ümummilli lider Heydər Əliyev "Caspian Fish Co" şirkətinin açılış mərasimində iştirak etmişdir.