04.11.2021-ci il tarixində Heydər Əliyev Mərkəzində Abşeron rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ,Abşeron rayon Mədəniyyət Mərkəzinin və Abşeron rayon Heydər Əliyev Mərkəzinim birgə təşkilatçılığı ilə 8 Noyabr Azərbaycan Respublikasında Zəfər gününün birinci ildönümünə həsr olunmuş"Gözün aydın Ana Vətən" adlı ədəbi-bədii gecə keçirilmişdir!

04.11.2021-ci il tarixində Heydər Əliyev Mərkəzində Abşeron rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ,Abşeron rayon Mədəniyyət Mərkəzinin və Abşeron rayon Heydər Əliyev Mərkəzinim birgə təşkilatçılığı ilə 8 Noyabr Azərbaycan Respublikasında Zəfər gününün birinci ildönümünə həsr olunmuş"Gözün aydın Ana Vətən" adlı ədəbi-bədii gecə keçirilmişdir.Tədbir açıq elan olunmuş, Azərbaycan Dövlət himni səslənmişdir.Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirin rəsmi hissəsində ilk öncə Təhsil şöbəsinin müavini Pərvin Əhmədov çıxış etdi,sonra isə qazilərimizə söz verildi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ,Abşeron rayon şöbəsinin rəisi Polkovnik Hüseyn Quliyev şəhid ailələrinə şəhidlərin medallarını təqdim etdi. Tədbirin bədii hissəsində Aysel rəqs ansamblı, Müğənnilər Vaqif Şıxəliyev,Təyyar Mirzəyev,Aygün Ağayeva, Nuray Rəhman, Fatimə Vəlizadə konsert proqramı ilə çıxış etdilər. Tədbir bitdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ,Abşeron rayon şöbəsinin rəisi Polkovnik Hüseyn Quliyev və tədbir iştirakçıları,qazilər və şəhid ailələri şəhidlər xiyabanını ziyarət etdilər!