Bu gün Abşeron rayon Heydər Əliyev Mərkəzində “ Şanlı Zəfər tariximiz” adlı 15-ci silsilə tədbiri qəhrəman şəhid Ziyəddin Rəşidova həsr olundu.

Bu gün Abşeron rayon Heydər Əliyev Mərkəzində “ Şanlı Zəfər tariximiz” adlı 15-ci silsilə tədbiri qəhrəman şəhid Ziyəddin Rəşidova həsr olundu.

Bu gün Abşeron rayon Heydər Əliyev Mərkəzində “ Şanlı Zəfər tariximiz” adlı 15-ci silsilə tədbiri qəhrəman şəhid Ziyəddin Rəşidova həsr olundu. Abşeron rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılıgı ilə baş tutan tədbirdə Xırdalan şəhər 9 saylı məktəbin müəllim və şagird kollektivi, “ Milli Qəhrəmanları tanıtma” İctimai Birliyinin üzvləri, şəhid anaları, vətən müharibəsi qaziləri iştirak etdilər. Tədbir Dövlət Himni, şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə şəhid Ziyəddin Rəşidovun həyatı, döyüş yolu, təltifləri barədə məlumat verildi, şəhidə həsr olunmuş videoçarx nümayiş olundu. Daha sonra şəhidin ibtidai sinif müəlliməsi onun haqqında xoş xatirələrini bölüşdü. İkinci Qarabag müharibəsi qaziləri Adil, Togrul, Zaur, Samir çıxış edərək keçdikləri çətin yoldan, bu yolda canını fəda edən şəhidlərimizdən danışdılar. Şəhid Elçin Həsənlinin anası Xatirə xanım çıxış edərək şəhid analarının çəkdiyi acıdan, şəhidliyin necə bir zirvə olmasından danışdı. Çıxışının sonunda özünün müəllifi oldugu “ Şəhid anası “ adlı şeiri səsləndirdi. Abşeron Tarix Diyarşünaslıq Muzeyinin direktoru Cəmilə Kərimova çıxış edərək şəhidlər, qazilər haqqında fikirlərini bölüşdü. 2 saylı orta məktəbin 9 cu sinif şagirdi Abbasova Zeynəb “ Aglama ana “, 8 ci sinif şagirdi Hüseynzadə Əli özünün yazdıgı “ Dəmir yumrugun gücü” şeirini səsləndirdilər. Xırdalan 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında “ Qarabag şikəstəsi” ifa olundu. Heydər Əliyev Mərkəzinin direktoru çıxış edib tədbirə gələnlərə öz təşəkkürünü bildirdi. Şəhidlərə rəhmət, Qazilərə can saglıgı, analara səbr dilədi. Sonda Qəhrəman şəhid Ziyəddin Rəşidovun anası Rəsmiyə ana çıxış edərək Ali Baş Komandana, tədbir təşkilatçılarına və iştirakçılarına öz minnətdarlıgını bildirdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!