Ermənistan təcavüzünün nəticələri

ERMƏNİSTAN TƏCAVÜZÜNÜN NƏTİCƏLƏRİ

Azərbaycan xalqının qədimdən qədim tarixi qəhrəmanlıq səhifələri ilə zəngindir. Tarix boyunca torpaqlarımıza daim əl uzadanlar olmuş, həmişə Azərbaycan xalqının igid oğulları vətənin müdafiəsinə qalmaış qəhrəmanlıqla vuruşmuş, canlarından belə keçmişlər.

1988-ci ildə erməni təcavüzkarları torpaqlarımızı zəbt etməyə başlayanda da Azərbaycanın qəhrəman oğulları könüllü olaraq Vətənin müdafiəsinə qalxdı, qəhrəmanlıqla döyüşdü və Vətən uğrunda canlarından keçərək “Şəhidlik” zirvəsinə qaldı. Qarabağ hadisələri başlayan gündən Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda ayağa qalxıb silaha sarılaraq bu müqəddəs yolda şəhid olanlar arasında Abşeron oğulları da az olmamışdır. Onların hamısının xatirəsi bizim üçüm əzizdir, hamısının ruhu qarşısında baş əyirik. Allah rəhmət eləsin!

1. Adil İliç Mənsimov – 1972-1992 (Saray qəsəbəsi) Bu cəsur Vətən oğlunun adı əbədiləşdirilərək vaxtilə yaşadığı küçəyə verilmişdir.

2. Azad Bayram oğlu Muradxanov – 1946-1993 (Xırdalan şəhəri)

3. Azad Məmmədqulu oğlu Zabidov – 1970-1992 (Xırdalan şəhəri)

4. Azər Cümşüd oğlu Cahangirov – 1972-1997 (Ceyranbatan qəsəbəsi)

5. Akif Cəbrayıl oğlu Qurbanov – 1975-1994 (Xırdalan şəhəri)

6. Allahverdi Şikar oğlu Novruzov – 1975-1994 (Pirəkəşkül kəndi) Bu cəsur igidin adı əbədiləşdirilərək Çaylı kənd orta məktəbinə onun adı verilmişdir.

7. Amil Arif oğlu Qəribov – 1968-1992 (Qobu kəndi) Amilin adı əbədiləşdirilərək qəsəbədəki küçələrdən birinə onun adı verilmişdir.

8. Araz Xalıq oğlu Quliyev – 1971-1993 (Xırdalan şəhəri)

9. Arzu Firudin oğlu Heydərov – 1966-1992 (Xırdalan şəhəri)

10. Arslan Haqverdi oğlu Bayramov – 1973-1993 (Ceyranbatan qəsəbəsi)

11. Asif Xankişi oğlu Ağakişiyev – 1961-1992 (Mehdiabad qəsəbəsi) Bu igidin adı əbədiləşdirilərək qəsəbədəki küçələrdən birinə onun adı verilmişdir.

12. Asif Həsənağa oğlu Əhmədov – 1976-1995 (Hökməli kəndi)

13. Afiq Aqif oğlu Abdulhüseynov – 1974-1993 (Masazır kəndi)

14. Aşur Kərimağa oğlu Həsənbalayev - 1974-1992 (Qobu qəsəbəsi) Aşur Həsənbalayevin adı əbədiləşdirilərək qəsəbədəki küçələrdən birinə onun adı verilmişdir.

15. Bədrəddin Əşrəf oğlu Quliyev - 1962- 1994 (Pirəkəşkül kəndi)

16. Bəyəli Abdulla oğlu Zülfəliyev - 1975-1993 (Xırdalan şəhəri)

17. Bəxtiyar Yaqub oğlu Cəfərov - 1973-1992 (Xırdalan şəhəri) Bəxtiyarin adı əbədiləşdirilərək oxuduğu 3 saylı Xırdalan şəhər orta məktəbinə onun adı verilmişdir.

18. Vaqif Mövsüm oğlu Məmmədov - 1970-1994 (Xırdalan şəhəri)

19. Vadim Həsənşah oğlu Seyidov - 1969-1992 (Xırdalan şəhəri) Xəzər Neft Dəniz Donanması tərəfindən adına gəmi adına gəmi verilmişdir.

20. Valeri İvanoviç Merkulov - 1959-1993 (Xırdalan şəhəri) Valeri Merkulov erməni təcavüzkarlarına qarşı müharibədə göstərdiyi igidliyə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

21. Vüqar Məlik oğlu Rüstəmov - 1974-1992 itgin düşüb (Saray qəsəbəsi)

22. Vüqar Firudin oğlu Qasımov - 1967-1994 (Xırdalan şəhəri)

23. Vüsal Ədalət oğlu Xəlilov - 1972-1996 (Xırdalan şəhəri)

24. Qaşqay Qulaməli oğlu Ağamalıyev - 1968-1995 (Xırdalan şəhəri)

25. Diyar İmamyar oğlu Allahverdiyev - 1975-1994 (Fatmayı kəndi) Diyar Allahverdiyevin adı əbədiləşdirilərək yaşadığı küçəyə verilmişdir.

26. Eyvaz İsmayıl oğlu Hümbətov - 1969-1994 (Saray qəsəbəsi)

27. Eyyub Şükür oğlu Yusifov - 1952-1988 (Goradil kəndi)

28. Elmar Rəcəb oğlu Daşdəmirov - 1975-1994 (Xırdalan şəhəri)

29. Elnur İsbi oğlu Aslanov - 1971-1992 itgin düşüb (Çaylı kəndi)

30. Elçin Yaqub oğlu Talıbov - 1972-1994 (Xırdalan qəsəbəsi)

31. Elçin Gülbaba oğlu Süleymanov - 1974-1993 (Çaylı kəndi)

32. Elçin Tahir oğlu Əliyev - 1969-1994 (Məmmədli kəndi) Elçin Əliyevin adı əbədiləşdirilərək yaşadığı küçəyə verilmişdir.

33. Elşad Arif oğlu Şirinov - 1974-1996 (Xırdalan şəhəri)

34. Elşən Məlikhəsən oğlu Abdullayev - 1973-1992 (Digah qəsəbəsi) Elşən Abdullayevin adı əbədiləşdirilərək qəsəbə küçələrindən birinə adı verilmişdir.

35. Elşən Rəşid oğlu Hüseynov - 1975-1994 (Saray qəsəbəsi)

36. Elşən Feyruz oğlu Abasquliyev -1973-1993 (Xırdalan şəhəri)

37. Elşən Cavanşir oğlu Nurəliyev - 1975-1994 (Xırdalan şəhəri)

38. Elşən Cəmil oğlu Qulamov - 1973-1993 (Xırdalan şəhəri)

39. Əvəz Abdulhəsən oğlu Şəfiyev - 1961-1994 (Xırdalan şəhəri) Adı əbədiləşdirilərək Xırdalan şəhərindəki küçələrdən birinə verilmişdir.

40. Ədalət Şahverdi oğlu Cəbrayılov - 1968-1994 (Ceyranbatan qəsəbəsi)

41. Əlamətdin Liftullayeviç Əlimov - 1952-1988 (Xırdalan şəhəri) 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən zərər çəkənlərə kömək etmək məqsədilə Leninakana gedən təyyarə ermənilər tərəfindən raketlə vurulmuş və digər həmvəyənlərimiz kimi Əlamətdin Əlimov da həmin təyyarədə həlak olmuşdur.

42. Əli Vaqif oğlu Məmmədov - 1970-1993 (Mehdiabad qəsəbəsi)

43. Əliyoldaş Cəlil oğlu Əmirəhmədov - 1962-1994 (Qobu qəsəbəsi) Adı əbədiləşdirilərək yaşadığı küçəyə onun adı verilmişdir.

44. Əsgər Abbasəli oğlu Əliyev - 1976-1995 (novxanı kəndi)

45. Əsgər Məmmədağa oğlu Abuzərov - 1964-1993 (Novxanı kəndi)

46. Əfqan Hacımurad oğlu Qadaşov - 1971-1992 (Pirəkəşkül kəndi) Adı əbədiləşdirilərək Pirəkəşkül hərbi şəhərciyindəki orta məktəbə adı verilmişdir.

47. Əflatun Aslan oğlu Aslanov - 1960-1992 (Xırdalan şəhəri)

48. Ziyad Əşrəf oğlu Məmmədov - 1974-1994 (Xırdalan şəhəri) Adı əbədiləşdirilərək Xırdalan şəhərindəki küçələrdən birinə adı verilmişdir.

49. Zöhrab Heydərəli oğlu Abbasov - 1970-1990 (Xırdalan şəhəri)

50. İbrahim Vidadi oğlu Tağıyev - 1970-1993 (Ceyranbatan qəsəbəsi)

51. İqor Şəkər oğlu Nəbiyev - 1967-1994 (Xırdalan şəhəri)

52. İlqar Əliməstan oğlu Yusifov - 1962-1994 (Goradil kəndi) İlqar Yusifovun adı əbədiləşdirilərək Gorədil kənd orta məktəbinə verilmiş, kəndin bir küçəsi də onun adı ilə adlandırılmışdır. 53. İlqar Məmmədhənifə oğlu Əmiraslanov - 1973-1994 (Saray qəsəbəsi)

54. İlqar Niftulla oğlu Abdullayev - 1962-1992 (Novxanı kəndi) İlqar Abdullayevin adı əbədiləşdirilərək yaşadığı küçəyə verilmişdir.

55. İlqar Rüstəm oğlu Hüseynov - 1966-1992 (Saray qəsəbəsi) İlqar Hüseynovun adı əbədiləşdirilərək yaşadığı küçəyə onun adı verilmişdir.

56. İlqar Fərhad oğlu Abdullayev - 1961-1993 (Məmmədli kəndi) İlqar Abdullayevin adı əbədiləşdirilərək yaşadığı küçəyə adı verilmişdir.

57. İlyas Bəybala oğlu Bünyatov - 1971-1992 (Xırdalan şəhəri)

58. İlham Abbas oğlu Hümbətov - 1967-1993 itgin düşüb(Mehdiabad qəsəbəsi)

59. İlham Ələsgər oğlu Əkbərov - 1971-1994 (Xırdalan qəsəbəsi)

60. İntiqam Mikayıl oğlu Dadaşov - 1954-1988 (Aşağı Güzdək kəndi)

61. İsa İsgəndər oğlu Məmmədov - 1966-1994 (Xırdalan şəhəri)

62. Yavər Əzizağa oğlu Cəbrayılov - 1971-1992 (Xırdalan şəhəri)

63. Kərəm Vəli oğlu Məmmədov - 1969-1994 (Saray qəsəbəsi)

64. Gülverdi Ağahüseyn oğlu Hüseynov - 1951-1992 (Qobu qəsəbəsi) Gülverdi Hüseynovun adı əbədiləşdirilərək Qobu qəsəbəsində adına küçə verilmişdir.

65. Gülçin Nüxrət oğlu Mehrəliyev - 1973-1993 (Mehdiabad qəsəbəsi)

66. Maqsud Lətif oğlu Abdullayev - 1971-1992 (Mehdiabad qəsəbəsi) Maqsud Abdullayevin adı əbədiləşdirilərək qəsəbədəki küçələrdən birinə verilmişdir.

67. Mehman Paşa oğlu Mahmudov - 1963-1994 (Ceyranbatan qəsəbəsi)

68. Məqatil Şahlar oğlu Feyzullayev - 1964-1994 (Xırdalan şəhəri)

69. Mənsur Ceyhun oğlu Şirinov - 1967-1993 (Məmmədli kəndi) Mənsur Şirinovun adı əbədiləşdirilərək kənddəki küçələrdən birinə adı verilmişdir.

70. Məhəmməd Yusif oğlu Əliyev - 1971-1992 (Xırdalan şəhəri)

71. Mübariz İdris oğlu Zeynalov - 1973-1992 (Məmmədli kəndi) Mübariz Zeynalovun adı əbədiləşdirilərək yaşadığı küçəyə onunadı verilmişdir.

72. Mübariz Musa oğlu Ziyadov - 1966-1994 (Saray qəsəbəsi)

73. Mühüd Əli oğlu Qasımov - 1970-1994 (Saray qəsəbəsi)

74. Nazim Elmar oğlu Məmmədov -1964-1992 (Xırdalan şəhəri)

75. Nazim Karlen oğlu Allahverdiyev - 1964-1992 (Mehdiabad qəsəbəsi)

76. Nazim Səfərəli oğlu Səfərov - 1962-1992 (Xırdalan şəhəri)

77. Nazim Ulduz oğlu Əsədov - 1967-1993 (Masazır kəndi)

78. Natiq Hüseynxan oğlu Orduxanov - 1973-1992 (Mehdiabad qəsəbəsi)

79. Nəbi Əzizağa oğlu Hacıağayev - 1968-1993 (Qobu qəsəbəsi) Qobu qəsəbəsində yaşadığı yaşadığı küçə Nəbi Hacıağayevin adına verilmişdir.

80. Nəzərxan Əzizxan oğlu Əzizov - 1963-1988 (Aşağı Güzdək kəndi)

81. Nəsrəddin Məsim oğlu Əliyev - 1962-1988 (Xırdalan şəhəri)

82. Nəcəfxan Davud oğlu Rüstəmov - 1976-1996 (Novxanı kəndi)

83. Nizami Mirzəağa oğlu Bağışov - 1966-1994 (Ceyranbatan qəsəbəsi)

84. Niyazi İsabala oğlu Əsgərov - 1973-1992 (Xırdalan şəhəri)

85. Novruz Rəşid oğlu Salayev - 1964-1988 (Görədil kəndi) 1988-ci ildə ermənilər tərəfindən vurulan təyyarədə həlak olmuşdur.

86. Nurəddin Bəxtuyar oğlu Mehdiyev - 1949-1992 (Pirəkəşkül kəndi)

87. Nurəddin İsmayıl oğlu Həşimov - 1970-1993 (Ceyranbatan qəsəbəsi)

88. Oqtay Asif oğlu Abdullayev - 1975-1994 (Pirəkəşkül kəndi)

89. Pərviz Ağalar oğlu Musayev - 1970-1992 (Mehdiabad qəsəbəsi)

90. Pərviz Xandadaş oğlu Dəmirov - 1975-1995 (Ceyranbatan qəsəbəsi)

91. Rafiq Dünyamalı oğlu Dünyamalıyev - 1971-1992 (Xırdalan şəhəri)

92. Rəhim Mirzəbala oğlu Əzimov (Saray qəsəbəsi)

93. Rza Mürvət oğlu Talıbov - 1969-1994 (Masazır kəndi)

94. Rövşən İsa oğlu Nəbiyev - 1973-1994 (Saray qəsəbəsi) Rövşən Nəbiyevin adı əbədiləşdirilərək yaşadığı küçəyə onun adı verilmişdir.

95. Rıvşən Məmməd oğlu Cəlilov - 1974-1993 (Saray qəsəbəsi)

96. Rövşən Məcid oğlu Əliyev - 1973-1992 (Xırdalan şəhəri)

97. Sabir Yaqub oğlu Muradov - 1968-1992 (Mehdiabad qəsəbəsi)

98. Sahib Ramazan oğlu Nəcəfov - 1974-1994 (Xğrdalan şəhəri)

99. Sahib Həmid oğlu Əzizov - 1973-1993 (Saray qəsəbəsi) Sahib Əzizovun adı əbədiləşdirilərək körpə vaxtı getdiyi uşaq bağçasına onun adı verilmişdir.

100. Seymur Misir oğlu Quliyev - 1972-1992 (Ceyranbatan qəsəbəsi) Seymur Quliyevin adı əbədiləşdirilərək qəsəbənin girişində adına xatirə bulağı tikilmiş, qəsəbənin küçələrindən birinə adı verilmişdir.

101. Səxavət Cəbrayıl oğlu Əliyev - 1960-1994 (Xırdalan şəhəri)

102. Sidqi Səməndər oğlu Abbasov - 1969-1994 (Mehdiabad qəsəbəsi)

103. Tahir İsa oğlu İsmayılov - 1965-1992 (Xırdalan şəhəri)

104. Tahir Firuz oğlu Xudaverdiyev - 1972-1994 (Xırdalan şəhəri)

105. Telman Qara oğlu Qurbanov -1958-1994 (Xördalan şəhəri)

106. Telman Nəriman oğlu Əliyev - 1964-1993 (Xırdalan şəhəri)

107. Təbrik Niftalı oğlu Bağışov - 1967-1992 (Ceyranbatan qəsəbəsi) Təbrik Bağışovun adı əbədiləşdirilərək yaşadığı küçəyə verilmişdir.

108. Tofiq Bayram oğlu Alverdiyev - 1971-1993 (Saray qəsəbəsi)

109. Faiq Səfərəli oğlu Səfərəliyev - 1970-1992 (Güzdək qəsəbəsi)

110. Faiq Fazil oğlu Həsənov - 1975-1994 (Masazır kəndi)

111. Fəxrəddin Əli oğlu Cəbrayılov - 1973-1994 itgin düşmüşdür (Xırdalan şəhəri)

112. Fikrət Sərxan oğlu Əhmədov - 1955-1992 (Xırdalan şəhəri) Adı əbədiləşdirilərək adına küçə verilmiş, şəhərdəki 1 saylı bazanın həyətində büstü qoyulmuşdur.

113. Firuz Rüstəm oğlu Novruzov - 1963-1992 (Qobu qəsəbəsi) Firuz Novruzovun adı əbədiləşdirilərək qəsəbədəki küçələrədən birinə verilmişdir.

114. Xoşbəxt Rəşid oğlu Məmmədov - 1975-1994 (Pirəkəşkül kəndi)

115. Hamlet Kərim oğlu Həşimov - 1970-1994 (Aşağı Güzdək kəndi)

116. Həzi Nizami oğlu cavadov - 1974-1992 (Aşağı Güzdək kəndi)

117. Hikmət Aslan oğlu Aslanov - 1963-1994 (Xırdalan şəhəri)

118. Hikmət Həsənağa oğlu Şirinov - 1975-1994 (Ceyranbatan qəsəbəsi) Adina qəsəbədə bulaq qoyulmuşdur.

119. Ceyhun Əli oğlu İsmayılov - 1973-1993 (Mehdiabad qəsəbəsi)

120. Şahin Cahangir oğlu Həsənov - 1968-1992 (Mehdiabad qəsəbəsi)

121. Şəmil Misaq oğlu Azadəliyev - 1965-1992 itgin düşmüşdür (Saray əsəbəsi) 122. Şirindil Cavad oğlu Həsənquliyev - 1968-1992 itgin düşmüşdür (Mehdiabad qəsəbəsi)

122. Mahir Sabir oğlu Mirzəyev - 1994-09 aprel 2016 (Mehdiabad qəsəbəsi)

123. Əli İntiqam oğlu Heydərov -1977-09 may 2016 (Qobu qəsəbəsi)