Şəhər haqqında məlumat

ŞƏHƏR HAQQİNDA

Abşeron rayonu 1963-cü il yanvar ayının 4-də yaradılmışdır.
Rayonun yaradılmasında əsas məqsəd Bakı və Sumqayıt şəhərlərinin əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etməkdən ibarət olmuşdur.
Abşeron rayonu 15 inzibati ərazi dairəsindən: 1 şəhər, 8 qəsəbə və 6 kənddən ibarətdir.

Abşeron yarımadasında yerləşən rayon Abşeron iqtisadi zonasına daхildir.
Rayonun ərazisi 1966,1 kvadrat kilometrdir.

Abşeron rayonunun ərazisində Ermənistan respublikasından etnik təmizləmə nəticəsində 3327 nəfər qaçqın, torpaqlarımızın işğalı nəticəsində isə 35029 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.

Abşeron rayonu Xəzər dənizinin qərb sahilində yerləşir.
Abşeron rayonu Qobustan rayonu, Sumqayıt şəhəri, Bakı şəhərinin Sabunçu, Qaradağ və Binəqədi rayonları ilə həmsərhəddir. Rayon quru subtropik iqlim qurşağında yerləşir, iqlim tipinə görə yarımsəhra quru və çöl iqliminə aiddir.

Xırdalan - Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Bakının 14 km-də yerləşir.

Yaşı təxminən XIV əsrdən başlanan Xırdalanın ilk sakinləri əvvəlcə Kültəpə adlanan ərazidə yaşamışlar. Həmin ərazi Xırdalanın indiki ərazisindən 6 kilometr qərbdə, Keçəldağ palçıq, vulkanının yaxınlığında olub. Xırdalan kəndinə 1936-cı ildə şəhər tipli qəsəbə statusu verilib. 2006-cı il sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Abşerona ilk səfərindən qayıtdıqdan sonra oktyabr ayında verdiyi sərəncamla şəhər statusu verilib.

Ərazisi 1,97min kvm hektar olmaqla, əhalisi 212561 nəfərdir.